Əfqanıstanın prezidenti Əşrəf Qəninin Qurban bayramı ilə əlaqədar Kabildə təşkil olunan çıxışında şəhərə raket hücumu təşkil edilib.
Qaynarinfo Tolo News-a istinadən xəbər verir ki, hücum zamanı hədəf prezidenti sarayı olub. Hadisədən sonra açıqlama verən Əşrəf Qəni bildirib ki, zorakılığa davam edən qruplar Əfqanıstanın inkişafına mane ola bilməyəcəklər.
Qeyd edək ki, Əfqanıstan ötən gün Qurban bayramı ilə əlaqədar Talibana təktərəfli atəşkəs elan edib, lakin terrorçu qrup bu təklifə cavab verməyib.
Gülşən