
Fransa prezidenti Fransua Ollandın aktrisa Jülye Qaye ilə yaşadığı gizli eşq ilə bağlı növbəti iddia ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, "Closer" jurnalı cütlüyün fırtınalı eşq münasibətlərinin iki ildir davam etdiyini yazıb.
Xəbərə görə, Olland və Qaye 2012-ci il prezident seçkilərindən 1 il əvvəl Ollandın seçki kampaniyası vaxtı tanış olmuşdular. Cütlüyün münasibətlərini hiss edən Ollandın "rəsmi sevgilisi" Valeri Trierveylerin səyi nəticəsinıdə 2013-cü ilin əvvəllərində münasibətlərə son qoyulsa da, iyun ayında yenidən görüşməyə başlayıblar.
Jurnal Ollandın ötən yay Trierveylerlə Yunanıstana tətilə getməmək üçün bəhanə uydurub Qaye ilə Fransanın Korreze bölgəsinə tətilə getdiyini yazıb.
"Closer" jurnalı Ollandla və Qaye münasibətləri ilə bağlı xəbərində 2011-ci ildə çəkilmiş foto yayımlayıb. Həmin fotoda Olland, rəsmi sevgilisi Tjrierveyler, keçmiş sevgilisi Seqolen Royal və aktrisa Jülye Qaye görüntülənir.
Qaynar.info