Xəbər lenti

Prezidentin evində axtarış aparıldı
Dünya14:27 20.03.2013

Prezidentin evində axtarış aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Prokurorluğu  Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristin Lagardenin evində axtarışlara başlayıb. 

Qaynar.info-nun məlumatına görə, evində axtarış aparılan Lagarde haqqında "Adidas" firması ilə bağlı 400 milyon dollarlıq ittiham irəli sürülüb. 

BVF prezidenti fransız iş adamı Bernard Tapieyə məxsus olan "Adidas"ın apardığı 90-cı illərdəki satış prosesində qanunsuzluqlara göz yummaqda ittiham olunur. 

Eyni zamanda "Adidas" rəhbərinin Fransa prezidenti Nikola Sarkozi ilə dost olduğu da bildirilir. 

Qeyd edək ki, keçmiş BVF prezidenti Dominik Stros Kan Nyu-Yorkdakı təcavüz qalmaqalı ilə bağlı istefa verdikdən sonra həmin vəzifəyə Kristin Lagarde seçilmişdi. 

Qaynar.info