Xəbər lenti

Prezidentin gödəkçəsi rekord qiymətə satıldı
Dünya10:50 19.02.2013

Prezidentin gödəkçəsi rekord qiymətə satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da ölkənin 35-ci prezidenti Con Kennedinin əşyalarını satışa çıxarıblar.

Qaynar.info-nun məlumatına görə, satışa çıxarılan əşyaların qiyməti dəqiq məlum olmasa da, təxminən 2 milyon dollar dəyərində qiymətləndirilir.
 
Artıq prezidentə məxsus yüzlərlə aşya satılıb. Onların arasında məktublar, fotolar, prezidentin kortejindəki bayraq, sənədlər, və.s olub. Bütün bu satılanların hamısı Kennedinin şəxsi köməkçisi Devid Pauersin evində saxlanılırdı.

Auksionun ən bahalı satışı isə prezidentin dəri gödəkçəsi olub. Həmin gödəkçə 570 min dollara satılıb.

Qaynar.info