Xəbər lenti

Prezidentin general-mayor rütbəsi verdiyi Natiq Şirinov kimdir? - DOSYE
Ekonomiks12:32 29.01.2024

Prezidentin general-mayor rütbəsi verdiyi Natiq Şirinov kimdir? - DOSYE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilən Dövlət Gömrük Komitəsi sədrinin müavini Şirinov Natiq Telman oğlunun dosyesini təqdim edirik:
Natiq Şirinov 10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olmub.
O, 1987-ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirib.
1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1993-1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2006-2011-ci illərdə "Ataholdinq” ASC-də departament direktoru vəzifəsində çalışıb.
2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə "Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə "Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 (üç) övladı var.