Xəbər lenti

Prezidentin gizli sığınacaqları aşkarlandı
Dünya12:24 20.02.2013

Prezidentin gizli sığınacaqları aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada baş verən hərbi əməliyyatlar nəticəsində Azad Suriya Ordusu paytaxt Dəməşqə qədər irəliləməyi bacarıb.

Qaynar.info-nun məlumatına görə, artıq hərbi döyüşlər Prezident Sarayının ətrafında gedir. Bütün bunların fonunda isə prezident Bəşər Əsədin harada olması böyük narahatlıqlara yol açıb. Məsələ ilə bağlı Suriya Milli Şurasının sədri Corc Sabra Əsədin gizləndiyi 3 yerin adını açıqlayıb.

Bu yerlərdən birincisi Dəməşqdəki Prezident Sarayıdır. Bəşər Əsəd Sarayın altında gizli bunker inşa etdirib və orada qalır. Digər bir yer isə Lazkiyə şəhərindəki prezidentin ikinci sarayıdır.

Əsədin qaldığı 3-cü və ən təhlükəsiz hesab olunan yeri isə Tartus sahillərindəki rus hərbi gəmiləridir. Suriya müxalifəti Əsədin Dəməşq, Lazkiyə və Tartusdakı bu 3 yerdə gizləndiyini və tez-tez yer dəyişdirdiyini iddia edir.

Qaynar.info