
Suriyanın Hələb şəhərində müxalif qüvvələrinin bir hərbi helikpopteri vurduqları bildirilib.
Qaynar.info-nun məlumatına görə, Suriya Ali İnqilab Şurası Azad Suriya Ordusuna aid qüvvələrin Hələbin şimalında yerləşən Miniğ hərbi hava bazasından qalxan bir helikopteri vurduqlarını təsdiqləyib.
Vurulan helikopterin görüntülərini internetdə yayan müxalifət, bundan başqa Əsədin pilotlarından birinin həmin hərbi bazadan bir h ərbi təyyarə ilə İordaniyaya qaçdığını iddia edib.
Qaçırılan təyyarə ilə bağlı İordaniya rəsmiləri hələ heç bir açıqlama verməyiblər.
Qaynar.info