Xəbər lenti

Prezidentin iqamətgahı qarşısında etiraz aksiyası
Dünya12:37 23.07.2013

Prezidentin iqamətgahı qarşısında etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda vaxtilə ən böyük kimya sənayesi müəssisəsi kimi tanınan  “Nairit” Elm-istehsal Birliyinin 500-ə yaxın işçisi İrəvanda etiraz aksiyası keçirir.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, onlar zavod önündə toplaşaraq Ermənistan prezidentinin rezidensiyasına doğru yürüş edib və orada 11 aydan bəri ödənilməyən maaşlarını tələb edirlər.

Zavodunun bir nümayəndəsi prezidentin rezidensiyasına daxil olaraq işçilərin tələblərini izah edib.

Qaynar.info