Xəbər lenti

Prezidentin keçmiş məşuqəsini lağa qoydular - FOTOLAR
Dünya08:42 28.10.2013

Prezidentin keçmiş məşuqəsini lağa qoydular - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezidenti Fransua Ollandın keşmiş məşuqəsi Seqolen Royal ölkədə lağ hədəfinə çevrilib.

Qaynar.info
-nun məlumatına görə, Sosialist Partiyasının üzvü olan Royal "Le Parisien" qəzetinin həftəsonu əlavəsinə verdiyi pozalarda Fransa İnqilabının rəmzi sayılan rəssam Ferdinand Viktor Ejen Delakruanın "Liberte xalqa rəhbərlik edir" tablosunu canlandırıb.

Məşhur tabloda azadlığı göstərən qadın inqilabçı Liberte kimi əlində Fransa bayrağı tutan, ağ paltar və çılpaq ayaqları ilə poz verən Royal, Libertenin əksinə olaraq sinəsini örtüb.

Müsahibəsində Royal prezident Ollanda, "Cəsur olun cənab prezident. Daha cəsur qanunlar verin. Hakim ideologiyaya qarşı qanunlar verin" səslənib.

Royalın dediklərindən çox onun verdiyi pozalar ölkədə lağ hədəfinə çevrilib. Fotonun komik versiyaları üzə çıxmağa başlayıb. Royalı əlində bayraq "Street Fighter" oyununda döyüşərkən, "Titanik" filmində Leonardo Di Kaprio ilə romantik anlar yaşayarkən, kəndir üzərində yeriyərkən göstərən fotomontajlar paylaşılır.

Royalla məzələnən keçmiş nazirlərdən olan Loren Vokiez də, "Ən azından Libertenin arxasınca xalq gedirdi. Seqolen Royal burda da tək qaldı" deyib.

Qaynar.info