
ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner rusiyalı vəkillə görüş barədə ifadə verib.
"Qaynarinfo" "CNBC"yə istinadən xəbər verir ki, Ağ Ev və Senat komitəsi ilə görüşən Kuşner gizlədiləcək bir şey olmadığını deyib. "Hillari Klinton əleyhinə heç bir kampaniyada yer almamışam. Kiçik Donald Trampla rusiyalı vəkilin email yazışmalarını vəkilim mənə göstərəndən sonra görmüşəm. Görüşə mən də dəvətli idim, lakin gecikdim. Ora çatanda artıq internatlardakı rusiyalı uşaqların amerikalı ailələrə övladlıq verilməsi proqramı müzakirə edilirdi və Hillari Klinton əleyhinə hansısa sənəddən bəhs edilmədi" deyən Cared Kuşner Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyakla ötən ilin dekabrında görüşdüyünü və Suriya məsələsinin müzakirə edildiyini deyib. Kuşner həmçinin qeyd edib ki, səfirin təklifi ilə rusiyalı bankir Sergey Qorkov ilə görüşüb, lakin xüsusi heç bir məsələ müzakirə edilməyib.
Qeyd edək ki, Trampın seçki kampaniyasının meneceri Paul Manafort da bu həftə ərzində ifadə verəcək.
Donald Trampın oğlu kiçik Donald Tramp, Cared Kuşner və Paul Manafort seçki kampaniyası dövründə Hillari Klinton əleyhinə kampaniyada şübhəli bilinir və uzun müddətdir Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi məsələsi araşdırılır.
Gülşən
Qaynarinfo.Az