Xəbər lenti

Prezidentin ölümü yenidən araşdırılır
Dünya05:29 24.07.2013

Prezidentin ölümü yenidən araşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polşalı prokuror və 4 ekspert 10 aprel 2010-cu ildə Lex Kaçinskinin Smolenskdə partlamış təyyarəsinin hissələrini yenidən araşdırırlar. 

Trend-in verdiyi məlumata görə, bu haqda Polşanın baş hərbi prokurorluğu məlumat verib.

"Smolenskdə Polşanın prokuroru və 4 eksperti var. Onlar fiziki-kimyəvi araşdırma ilə məşğuldur" - deyə Polşanın baş hərbi prokurorluğunun nümayəndəsi bildirib.

Məlumata görə, polşalı nümayəndə heyətinin Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb. Onlar təkrar araşdırma həyata keçirir, həmçinin, Polşada növbəti laboratoriya təhlilləri keçirmək üçün nümunələr götürürlər.

Qeyd edək ki, polşalı ekspertlər həftənin sonunadək Smolenskdə olacaq.

Qaynar.info