Xəbər lenti

Prezidentin mənzillə təltif etdiyi məşqçi:
İdman 15:42 10.01.2023

Prezidentin mənzillə təltif etdiyi məşqçi: "Müraciət edənlər həddindən çox idi"

2022-ci ili yekunlarına dair ölkə prezidenti bir çox idman adamlarını təltif etdi. Təltif olunanlar arasında futbol məşqçilərimizdən Təbriz Həsənov da oldu. Hazırda uşaq futbolunda çalışan keçmiş futbolçu da ölkə prezidentinin mənzil verdiyi idman adamları siyahısına salındı. 

PRO kateqoriyasına malik, Əməkdar məşqçi adı almış və aşağı yaş qrupundan ibarət yığmalarımızda çalışmış, hazırda isə "Sabah"ın akademiyasında və "Vətən" Futbol Məktəbində futbolun sirlərini uşaqlar öyrədən təcrübəli mütəxəssis layiq görüldüyü mükafatla bağlı təəssüratlarını Qaynarinfo ilə bölüşüb:

"Təbii ki, belə mükafata layiq görüləcəyimi gözləmirdim. Çoxdandan ərizə ilə müraciət edən insanlar vardı, həddindən çox idi. İdman federasiyalarından müraciət edənlər olmuşdu. O cümlədən futbol sahəsindən də siyahıda olanlar vardı. Amma bilmirəm kimlərdir. Bildiyim qədərilə uşaq futbolunda çalışan məşqçi seçiblər və mənim üzərimdə dayanıblar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->