Xəbər lenti

Prezidentin qardaşı həbs edildi
Dünya06:38 05.05.2019

Prezidentin qardaşı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlcəzairin sabiq prezidenti Əbdül Əziz Buteflikanın qardaşı Səid Buteflika həbs edilib.
Qaynarinfo xəbər verir ki, həbsin detalları barədə məlumat verilmir. 
Kəşfiyyat İdarəsinin sabiq rəhbərləri Məhəmməd Mədin və Bəşir Tartaq da həbs edilənlər arasındadır. 
Sabiq müdafiə naziri Xalid Nazir 29 apreldə Səid Buteflika ilə bağlı açıqlama verib. Prezidentin qardaşı Baş Qərargah Rəisi Əhməd Qaid Salehin vəzifəsindən kənarlaşdırılması və fövqəladə vəziyyət elan edilməsi ilə bağlı Xalid Nazirlə görüşüb. Nazirin iddiasına görə, Səid Buteflika onunla prezident kimi rəftar edib.
Qeyd edək ki, Əbdül Əziz Buteflika 2 apreldə uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olmuşdu.
Gülşən