Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova yoldan tapdığı 200 dolların sahibi axtarır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kərimova özünün tvitter hesabında yazıb. O, Daşkənd küçələrindən birindən tapdığı pulun sahibini axtardığını qeyd edib.
Ekspertlər isə hesab edir ki, prezident qızının bu tviti sərt reaksiyalara səbəb ola bilər. Ekspertlər bildirib ki, hətta Kərimova səmimi olsa belə, bu tvit “əhalisinin böyük hissəsi yoxsul olan ölkənin küçələrində pul tapılır” kimi istehzalara səbəb ola bilər.
Qaynar.info