Xəbər lenti

Prezidentin qızını aldatdılar
Dünya06:15 13.09.2016

Prezidentin qızını aldatdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Fransua Olland və ekologiya naziri Seqolen Royalın qızı ev kiralamaq istəyərkən fırıldaqçılarla üzləşib. 
Yeni təhsil-tədris ili üçün Parisdə ev kiralamaq istəyən 24 yaşlı Flora Olland, internetdən tapdığı evə 1200 avro ödəyib. Belə ki, prezident qızı lazımi sənədləri hazırlayaraq iki aylıq kirayə haqqını ev sahibinin bank hesabına göndərib. 
Evə yerləşmək üçün gedən Flora Olland və anası Seqolen Royal, qapının kilidli olduğunu görərək ev sahibini axtarsalar da tapa bilməyiblər. 
Aldadıldıqlarını başa düşən ana və qızı  ev sahibinin cinayətilə bağlı şikayət ediblər. (Publika.az)
Qaynarinfo.Az