
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həuatına sui-qəsd olunduğu ilə bağlı məlumat yayıb.
Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Gülnarə Kərimova özünün Tvitter hesabında yazıb.
Kərimova izləyicilərdən birinin ona yazdığı statusa belə cavab verib: "Hamınıza təşəkkür edirəm! Artıq məni ağır metallarlar, civə ilə zəhərləməyə cəhd etdilər, lakin Allahın köməyilə bunu həyata keçirə bilmədilər. İndi mən müalicə olunuram".
Özbəkistan prezidentinin qızı bu sui-qəsdin kim tərəfindən həyata keçirildiyini deməyib.
Öz tvitlərində Kərimova həmçinin yazıb ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov hakimiyyəti ələ keçirmək istəyir.
Qaynar.info

