Xəbər lenti

Prezidentin saytını dağıtdılar
Dünya18:19 17.04.2014

Prezidentin saytını dağıtdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın Kluj-Napoka şəhərindən naməlum haker məxfi informasiyaya icazəsiz giriş məqsədilə Rumıniya prezidentinin saytına müdaxilə edib. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsindən jurnalistlərə bildirilib.
"Cinayətkar prezident saytının serverinə xidmət göstərən informasiya sisteminə giriş əldə edib", – qurumdan bildirilib.
Qaynar.info ICTnews-a istinadən bildirir ki, məlumata əsasən, artıq 4 ildir qeyri-qanuni fəaliyyətlə məşğul olan haker həbs olunub.
Xatırladaq ki, ötən il Barak Obama administrasiyası nümayəndələrinin elektron poçtlarına müdaxilədə şübhəli bilinən Guccifer ləqəbli haker həbs edilib.
Qaynar.info