Xəbər lenti

Prezidentin sərvəti açıqlandı
Dünya15:24 16.05.2013

Prezidentin sərvəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Obamanın 7 milyon dollara yaxın sərvəti var

ABŞ prezidenti Barack Obamanın 1.85 milyondan 6.88 milyon dollara qədər sərvəti var. Prezidentin sərvətinin 1 milyon dollardan 5 milyon dollara qədər hissəsi dövlətin qiymətli kağızlarındadır.

Mayın 14-də Ağ Evin rəsmi saytında prezidentin gəlirləri haqqında məlumat yayılıb. Sənəddə qeyd edilir ki, prezident və xanımı 2012-ci ildə 608 611 dollar qazanıblar. Bu da əvvəlki ildən azdır. Onlar gəlirlərinin azalmasını Barack Obamanın kitablarının satışının 2012-ci ildə aşağı düşməsi ilə izah ediblər.

Dövlət başçısının ən əsas gəlir mənbəyi isə ildə 400 000 dollara çatan əməkhaqqıdır. Sənəddə prezident Obamanın Çikaqo şəhərindəki evi üçün bankdan aldığı ipoteka kreditinə görə 500  mindən 1 milyon dollara qədər borcu olduğunu yazıb.

 Vitse-prezidentin isə 1 milyon dolları...

ABŞ-ın vitse-prezidenti Joe Biden də öz sərvətini açıqlayıb. Ağ Evin saytında verilən məlumata görə vitse-prezident 439 031 dollardan 1.07 milyon dollara qədər sərvətə sahibdir.

Vitse-prezidentin borcu isə prezident Obamanın borcundan bir qədər çoxdur. Joe Biden-in banklara borcu 1.67 milyon dollara qədərdir. Onun 1 milyon dollara qədərini vitse-prezident evə görə ipoteka borcu alıb.

Qaynar.info