Xəbər lenti

Prezidentin sevgilisi hamilədir?
Dünya13:49 15.01.2014

Prezidentin sevgilisi hamilədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezidenti Fransua Olland şəxsi həyatı ilə bağlı yenidən gündəmə gəlib.

Fransız bloqqerlərdən birinin iddiası "Twitter"i bir-birinə qatıb. Belə ki, Le Reel ləqəbli şəxs Fransua Ollandla son günlər adı halanan və onun sevgilisi olduğu iddia edilən aktrisa Culia Gayetin hamilə olduğunu iddia edib. Aktrisanın 4 aylıq hamilə olduğunu qeyd edilir.

Blog müəllifi sonradan bu tviti silsə də, çox gec olub.

Bu arada Culia Gayetlə bağlı daha bir iddia ortaya atılıb. Belə ki, aktrisanın Mədəniyyət Nazirliyinə bağlı olan qurumlardan birinin müsabiqəsinə tapşırıqla keçdiyi iddia edilib. Nazirlik bununla bağlı yaydığı açıqlamada yayılan iddiaları şərh edib. "Onu "Villa Medicis" müsabiqəsinin rəhbəri Erik de Chassey təklif edib. Amma mədəniyyət naziri bu təklifi rədd edib".

Tapşırıq iddialarının üstü bu yolla bir təhər bağlanmışdı ki, büdcə naziri yenidən ağzından söz qaçırıb. Bernard Cazeneuv "Belə bir təyinat olmayıb. Onun rəfiqəsi sənət sahəsində çalışmağa davam edir" deyib. Bununla da o, Gayetnin Ollandın rəfiqəsi olduğunu etiraf etmiş olub. Nazir sözlərinin fərqinə varanda isə "Mən heç nə deyə bilmərəm" deyərək söhbəti bağlamağa çalışıb.(anspress)