Xəbər lenti

Prezidentin xanımı xəstəxanadan çıxıb
Dünya07:07 19.01.2014

Prezidentin xanımı xəstəxanadan çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Valeri Triyerveyler “Closer” jurnalının Ollandla 41 yaşlı aktrisa Juli Qayenin gizli görüşü haqda yaydığı məlumatdan sonra xəstəxanaya düşmüşdü

Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında olan həyat yoldaşı jurnalist Valeri Triyerveyler şənbə günü yatdığı “Pitie-Salpetriere” xəstəxanasından evə buraxılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Fransanın RTL radiosu yayıb. 

Xatırladaq ki, Valeri Triyerveyler “Closer” jurnalının Ollandla 41 yaşlı aktrisa Juli Qayenin gizli görüşü haqda yaydığı məlumatdan sonra xəstəxanaya düşmüşdü.