Vano Merabişvilinin adı iki böyük korrupsiya qalmaqalında hallanır
Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili saxlanılıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, hazırda eks hökumət başçısının ifadəsi alınır. Vano Merabişvilinin adı iki korrupsiya qalmaqalında hallanır.
İlk epizoda görə, M. Vano 2012-ci ildə parlament seçkiləri zamanı Gürcüstanın baş naziri kimi həmin dövrdə Əmək, səhiyyə və sosial müdafiə naziri olan Zurab Çiaberaşvili ilə birgə qanunsuz şəkildə VMH-nın mindən artıq fəal fəalını işə götürüblər. Həmin şəxsləri işsiz kimi qeydiyyata alınıblar, onlar ancaq partiyanın təşviğatı ilə məşğul olublar və buna görə dövlət büdcəsindən 5,2 milyon lari alıblar.
Bundan başqa, V. Merabişvilinin Kvariati kəndində "Beynəlxalq investisiya şirkəti"nə məxsus dəbdəbəli bağ evini mənimsəkdə ittiham olunur.
Gürcüstan mətbuatı yazır ki, sabiq baş nazir ilə Zurab Çiaberaşvili də saxlanıblar. İlkin məlumata görə, onıar 7 ilədn 12 ilə kimi azadlıq məhrum oluna bilərlər.