Xəbər lenti

Prezidentin yaxın adamı intihar etdi
Dünya08:27 23.09.2016

Prezidentin yaxın adamı intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Rusiya prezident administrasiyasının idarələrindən birinin rəhbəri olan Dmitri Kryukovun cəsədi ofisində  tapılıb.

Publika.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfax”a bildirib.

“Dünən gecə Arbat küçəsində yerləşən inzibati binanın ofislərindən birində güllə yarası alan kişinin meyiti aşkar edilib”, - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, polis onun Rusiya prezident administrasiyasının idarəsi olan “Prezident-Servis”in 45 yaşlı baş direktoru Dmitri Kryukov olduğunu bildirib.  

Polis hadisə yerindən onun yazdığı qeydi tapıb. Dmitri Kryukovun intihar etdiyi məlum olub. O, ölümündə heç kəsin gunahlandırılmamasını istəyib. Onun intiharının səbəbləri haqqında hələ heç nə məlum deyil.

Qaynarinfo.Az