Alman şirkəti "Porsche Engineering" Rusiya Prezidenti Vladimir Putin üçün sifarişlə yeni avtomobil hazırlayır.
Qaynar.info-nun Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, 800 at gücündə olacaq 12 silndirli zirehli limuzinin çəkisi 6 tondur. Onun öz ölçülərinə görə dünyanın ən böyük minik avtomobili olacağı bildirilir.
Bu avtomobil Rusiyanın dövlət büdcəsinə 180 milyon dollara başa gələcək.
Prezident limuzini üzərində işlərin 2016-cı ildə tamamlanacağı gözlənilir. Qaynar.info