Xəbər lenti

Prezidentlər nə yeyir? - MARAQLI
Dünya07:03 19.10.2013

Prezidentlər nə yeyir? - MARAQLI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezidentlərinin baş aşbazı olan Bernard Vossion Yelisey Sarayında başına gələnlərdən danışıb.

Qaynar.info
xəbər verir ki, 40 ildir fransız prezidentləri yedizdirən aşbaz "Le Parisien" qəzetinə onların yemək menyülərindən danışıb.

Bu ayın sonunda təqaüdə çıxacaq Vossion verdiyi açıqlamasında keçmiş prezident Fransua Mitteranın dəniz menyüsünü sevdiyini deyib: "Jak Şirak ilbiz və kələmturşusu sevirdi. Bunları da pivəsiz yeməzdi. Nikola Sarkozi isə pendiri menyudan çıxarmışdı, amma şokoladı sevirdi".

Baş aşbaz son vaxtlar ölkənin iqtisadi vəziyyəti ilə bağlı tənqid olunan indiki prezident Fransua Ollandın isə xüsusi yemək menyusunun olmadığını deyib: "Heç bir yeməyi ayırmır. Toyuq, dana, göyərti, pendir və s. nə gəldi yeyir".

Qaynar.info