Xəbər lenti

Prezidentlik ləğv edildi
Dünya05:12 27.09.2013

Prezidentlik ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 26-da Dağıstan parlamenti respublika rəhbərinin “Dağıstan rəhbəri” adlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla Dağıstan Məclisi Rusiya baş naziri Dmitri Medvedevin tapşırığını yerinə yetirib.

Dmitri Medvedev Rusiya Federasiyasına daxil olan respublikaların rəhbərlərinin prezident adlandırılmasını qadağan edib. Bu tapşırıq 2015-ci ilə qədər yerinə yetirilməlidir. Hazırda Başqırdıstan, Tatarıstan, Udmurtiya və Yakutiya rəhbərləri prezident adlandırılır.

Qaynar.info