Xəbər lenti

Prezidentliyə namizəd borcuna görə mənzildən çıxarıldı
Dünya05:04 21.08.2013

Prezidentliyə namizəd borcuna görə mənzildən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan prezidentliyinə namizəd, gürcü “ənənəçi”lərin lideri  Akaki Asatiani şəxsi  mənzilindən çıxarılıb. 
APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın “Birinci radio” radiostansiyası namizədin qonşularına istinadən məlumat yayıb.  
“Birinci radio” radiostansiyasının verdiyi xəbərə görə, mənzildən çıxarılma prosesi ötən gün axşam saatlarında həyata keçirilib.
Radiostansiyanın məlumatına görə, Akaki Asatiani ipoteka krediti müqabilində şəxsi mənzilini  banka girov qoyubmuş.  
Qaynar.info