Xəbər lenti

Prezidentliyə namizədlər bunlardır...
Dünya12:57 11.04.2013

Prezidentliyə namizədlər bunlardır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edib. Bu barədə Trend cümə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

İranın bəzi KİV-lərinin qənaətincə, islahatçı Ruhaninin namizədliyi ölkənin iki tanınmış və nüfuzlu siyasi xadimi tərəfindən dəstəklənir. Onlar ölkənin eks-prezidentləri Əli Əkbər Haşimi Rəfsancani və Məhəmməd Xatəmidir.

Ruhaninin namizədliyini irəli sürməsini elan etdiyi tədbirdə sabiq dövlət başçısı Rəfsancaninin övladları Yasir və Fatimə Haşimilər iştirak ediblər. Bununla da onlar Ruhaniyə dəstək verdiklərini nümayiş etdiriblər.

Qeyd edək ki, İranda prezident seçkilərinin iyunun 14-də keçirilməsi planlaşdırılır.

Qaynar.info