Prinsin gitarası 140 min dollara satıldı
Amerikalı müğənni Prinsin elektrogitarası ölümündən sonra 140 min dollara satılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, hərrac Los-Anceles auksionunda keçirilib.
Məlumata görə, aləti tanınmış musiqi alətləri kolleksioneri, amerika futbol komandasının sahibi Cim İrsey alıb. Onun kolleksiyasında Con Lennonun, Rinq Starrın və Bobi Dilanın da gitarası var. Sarı gitara Prinsin ən sevimli gitarası olub. O, özünün ən yaxşı mahnılarını bu gitarada ifa edib.
Qaynarinfo.az