Rusiya prezidenti Vladimir Putin satqınları bağışlamağa öyrəşməyib və buna görə də törətdiyi iğtişaşdan sonra Yevgeni Priqojinin taleyi hələ də qeyri-müəyyən olaraq qalır: onun sonradan öldürülməsi tamamilə mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN
yazır.
Bu fikri CNN-in Moskva bürosunun keçmiş rəhbəri, keçmiş SSRİ ölkələri üzrə tədqiqatçı, Rusiya üzrə ekspert Cill Doherti deyib.
ABŞ telekanalı bildirir ki, Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Kreml və Priqojin arasında elan edilmiş "razılaşmalardan” sonra da bir çox suallar cavabsız qalır. Onların arasında - Priqojinlə bundan sonra nə baş verəcək, onun "Vaqner”dəki rolu və bütövlükdə Ukraynaya qarşı müharibədə vaqnerçilərin iştirakı necə dəyişəcək.
"Putin xainləri bağışlamır. Putin "Priqojin, get Belarusa” desə belə, o, yenə də satqındır və mən hesab edirəm ki, Putin bunu heç vaxt bağışlamayacaq”, – Cill Doherti əmindir.
Buna görə də, şəxsən Priqojin üçün öldürülmək təhlükəsi realdır və biz "Vaqner” özəl hərbi şirkətin lideri Priqojinin "Belarusda öldürüləcəyini" görə bilərik. Lakin bu, Moskva üçün çətin dilemmadır, Dohertinin sözlərinə görə, Priqojinin hələ də "müəyyən qədər dəstəyi var, o, harada olmasından asılı olmayaraq təhlükədir".
Kremlin sözçüsü Dmitri Peskov şənbə günü Yevgeni Priqojinin Belarusda hansı rolu oynayacağına aydınlıq gətirə bilməyəcəyini deyib və özü də bu barədə heç bir təfərrüat açıqlamayıb.
ABŞ ordusunun istefada olan mayoru Mayk Layons xatırladıb ki, vaqnerçilər ayrıca hərbi şirkət kimi nizami Rusiya ordusundan fərqli və çox vaxt daha yaxşı şəraitə öyrəşiblər, ona görə də onların Rusiya ordusuna tam assimilyasiyası çətin problem olacaq.
"Ola bilsin ki, bəziləri ayrılsın,” – o, əlavə edib. Bu insanlar məhz Priqojinə sadiqdirlər, nə ölkəyə, nə də onun missiyasına. Düşünürəm ki, hələ də cavabsız qalan suallar çoxdur”.
Nizami Bağırov