Xəbər lenti

Priqojin sensasion açıqlamalar verməyə hazırlaşır
Dünya14:07 06.07.2023

Priqojin sensasion açıqlamalar verməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaqner” qrupunun təsisçisi və rəhbəri Yevgeni Priqojin yaxın günlərdə sensasion iddialarla çıxş edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Telegram” kanalları məlumat yayıb. 
Məlumatda bildirilir ki, Priqojin ona məxsus mülklərdə aparılan axtarışlar zamanı oğurluq baş verdiyini bəyan edəcək. Priqojin axtarışlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının qiymətli əşyalar və pul oğurladığını iddia edəcək. O, oğurluq hadisənin diqqətdən kənarda qalan gizli kameralar vasitəsilə lentə alındığını bildirəcək.
Yevgeni Priqojin ötən ay Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyam edib. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. İyunun 24-də isə 25 minlik qoşunla Moskvaya üz tutub. Danışıqlardan sonra "Vaqner”in təsisçisi qoşunu geri çəkib. 
Rusiya prezidenti Vladimir Putin onun bu addımını xəyanət adlandırıb.
Seyid