"Vaqner” şəxsi hərbi kampaniyasının lideri Yevgeni Priqojin bildirib ki, fevralın 23-də Müdafiə Nazirliyi muzdlular üçün sursat göndərməyə başlayıb. O, bir həftə əvvəl "vaqnerçilər”ə mərmi verilmədiyindən şikayətlənmişdi.
Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər
verir.
"Bu gün səhər saat 6-da onlar silah-sursatın daşınmasına başlandığını bildirdilər. Çox güman ki, qatar hərəkətə başlayıb. Hələlik kağız üzərində, amma bizə deyildiyi kimi, əsas sənədlər artıq imzalanıb", - Priqojin özünün "Telegram" kanalında
bildirib.
Eyni zamanda, o, "bardağı daşıranlara da təşəkkür edib ki, onlara sursat verməyə başlayıblar”.
"Putinin aşpazı” fevralın 16-dan şikayətlənir ki, Rusiya Müdafiə Nazirliyi onun muzdlularına sursat vermir. Fevralın 20-də o, PMC-də "tam mərmi çatışmazlığı" olduğunu bildirdi və bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun "vaqnerimiləri" təmin etmək istəməməsi ilə əlaqələndirdi.
Eyni zamanda o, muzdlularının cəsədlərindən ibarət "dağ”ın fotosunu dərc edib. Onun sözlərinə görə, "vaqnerçilər” Baxmut uğrunda "son nöqtəni qoyana qədər” vuruşacaqlar.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi "könüllülərə və hücum bölmələrinin hərbi qulluqçularına” döyüş sursatının verilməsinə mane olmadıqlarını bildirsə də, Priqojin onlarla razılaşmayıb.
Alpər