Xəbər lenti

Priqojin təslim olmağa hazırlaşır? - Ekspert
Dünya09:21 24.05.2023

Priqojin təslim olmağa hazırlaşır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Priqojinin bu açıqlaması Rusiyanın Ukraynada üzləşəcəyi ağır məğlubiyyətə dolayısı ilə bəraət qazandırmağa yönəlik açıqlamadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin düşmən kimi baxdığı Ukrayna Ordusunu dünyanın ən güclü ordusu kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib:
"Priqojinin etiraflarına əslində sıradan bir mesaj kimi baxmaq lazım deyil. Hazırda 54 ölkə Ukraynaya dəstək  verir. Bu ölkəyə verilən silahlar NATO-nun ən müasir silahlarıdır. Artıq F-16-ın  verilməsi istiqamətində də ilkin razılıq əldə olunub. Bütün bunların sayəsində Ukrayna Ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilib. Bu mənada, Priqojinin Ukrayna Ordusunu dünyanın ən güclü ordularındən biri kimi qeyd etməsini bir sıra məqamlarla izah etmək olar. O əslində bu açıqlama ilə Rusiya Ordusunun rəhbər şəxslərinin nə qədər aciz durumda olduğunu, Ukraynaya məğlub olmalarını dilə gətirir. Priqojin açıq şəkildə etiraf edir ki, Rusiya Müdafiə Nazirliynin hazırkı rəhbərliyi, nə nazir Şoyqu, nə də Baş Qərargah rəisi Gerasimov tutduqları vəzifələrə layiq deyillər. Müharibə Rusiya üçün ona görə uğursuz nəticələnir ki, Ukrayna məsələsində arzularına çata bilməyiblər”.
Dgər tərəfdən, ekspertə görə, Priqojin bu açıqlaması ilə Ukrayna cəbhəsində hərbləşdirilmiş "Vaqner”qrupunun itirilən çoxsaylı şəxsi heyətinin dünyanın ən güclü ordusu tərəfindən sıradan çıxarıldığını da gündəmə gətirir. 
Qeyd edək ki, hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin müharibə apardığı Ukrayna ordusu dünyanın ən güclü ordularından biri kimi xarakterizə edib: ”Yüksək təşkilatçılıq, yüksək hazırlıq, yüksək intellekt səviyyəsi var, müxtəlif silahlara malikdirlər. Üstəlik, onlar istənilən  sistemdə işləyirlər: Sovet, NATO, nə olursa olsun - eyni dərəcədə uğurludur. Xüsusi əməliyyat  Ukraynanın denazifikasiya üçün edilib. Biz isə Ukraynanı bütün dünyada tanınan bir xalqa çevirmişik. Ukraynanı legitimləşdirdilər. Əgər, xüsusi əməliyyatın əvvəlində onların şərti olaraq 500 tankı var idisə, indi onların beş min tankı var. Əgər, o vaxt 20 min döyüşçü məharətlə döyüşürdüsə, indi bu rəqəm 400 mindir. Biz onu necə demilitarizasiya etdik? İndi əksinə, kim bilir, biz Ukraynanı necə hərbiləşdirmişik". 
Rüfət Sultan