Xəbər lenti

Priqojin üsyan qərarını necə və nə vaxt verib: ABŞ bir ay qabaqdan bilirmiş...
Dünya08:22 25.06.2023

Priqojin üsyan qərarını necə və nə vaxt verib: ABŞ bir ay qabaqdan bilirmiş...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevgeni Priqojinin guya cümə günü qəbul etdiyi qərar kimi təqdim üsyan ölkənin hərbi rəhbərliyinə qarşı əslində əvvəlcədən hazırlanmış əməliyyat idi.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post", CNN və "The New York Times" yazır. 
"The Washington Post" qəzetinin yazdığına görə, ABŞ kəşfiyyat orqanları Priqojinin Müdafiə Nazirliyi ilə silahlı qarşıdurmaya hazırlığı ilə bağlı kəşfiyyat məlumatları hələ iyunun ortalarında alıb. Vaşinqtondakı bir neçə mənbə şənbə günü nəşrə bildirib ki, ABŞ kəşfiyyatı bu planlar barədə Ağ Evi və digər rəsmiləri məlumatlandırıb.
ABŞ kəşfiyyat xidmətləri Priqojinin nə edəcəyini və planının həyata keçirilmə vaxtını dəqiq bilmirdi. Qəzetin həmsöhbətlərindən biri bildirir ki, lakin məlumat ABŞ rəhbərliyinə "nəyinsə baş verəcəyini” bildirmək üçün kifayət idi.
Mənbələr bildiriblər ki, son iki həftə ərzində Rusiyada nələrin baş verə biləcəyi, Vladimir Putinin hakimiyyətdə qalıb-qalmayacağı və bunun ölkənin nüvə arsenalına necə təsir göstərəcəyi ilə bağlı "yüksək narahatlıq” yaranıb. Qəzetin həmsöhbətləri bildirirlər ki, Vaşinqtonda rəsmilərin əsas qorxusu Rusiyada vətəndaş müharibəsi təhlükəsi olub.
CNN ABŞ kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, həftənin əvvəlində ABŞ kəşfiyyat orqanları Konqres liderlərini "Vaqner” özəl hərbi şirkətinin qüvvə və texnikasının Rusiya sərhədlərinə (yəqin ki, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərdən söhbət gedir) hərəkəti barədə məlumatlandırıb.
Qərb kəşfiyyatı ilə əlaqəsi olan bir CNN mənbəsi etiraf edib ki, iğtişaşların hazırlanması ən azı bir neçə gün çəkib. Ancaq hər kəs bu qiymətləndirmə ilə razılaşmır. Digər Vaşinqton mənbəsi xatırladıb ki, Rostov Ukraynada cəbhə xəttinə çox yaxındır və belə bir əməliyyat xüsusi hazırlıq tələb etmir.
"The New York Times” qəzetinin yazdığına görə, ABŞ kəşfiyyatı çərşənbə günü yüksək rütbəli hərbçilərə və Co Bayden administrasiyasına Priqojinin Müdafiə Nazirliyi ilə hərbi qarşıdurmaya hazırlaşdığı barədə məlumat verib. Eyni zamanda, ABŞ kəşfiyyat xidmətləri "Vaqner”in yaradıcısının planının təfərrüatlarına malik deyildi, qəzet aydınlaşdırır.
Lakin bu dəfə (Ukraynaya işğalın başlamasından fərqli olaraq, həmi vaxt kəşfiyyat məlumatları məxfilikdən çıxarılıb) ABŞ kəşfiyyat orqanları öz məlumatlarını ictimaiyyətə açıqlamayıblar. Vaşinqton ehtiyat edib ki, Putin bu məlumatlardan ABŞ-ı Rusiyada dövlət çevrilişinin təşkilində ittiham etmək üçün istifadə edə bilər. Bundan başqa, ABŞ rəsmiləri Putinə belə ağrılı zərbənin qarşısını almaqda maraqlı olmayıb.
Xatırladaq ki, Priqojin şəxsən cümə günü axşam saatlarında Rusiya hərbçilərinin "Vaqner”in düşərgələrinə endirdiyi zərbə barədə məlumat verdikdən sonra Müdafiə Nazirliyi ilə silahlı qarşıdurmanın anonsunu verib. Priqojinin sözlərinə görə, qərar qruplaşmanın "komandirlər şurası” tərəfindən zərbədən dərhal sonra qəbul edilib.
Nizami Bağırov