"Vaqner” özəh hərbi şirkətin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin Moskvada uğursuz üsyandan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Liberation" qəzeti Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat
yayıb.
Nəşrin yazdığına görə, Priqojin "vaqnerçilərin” komandirləri ilə birlikdə iyulun 1-də Kremlə çağırıla bilərdi. "Liberation” xəbər verir ki, o, Putindən başqa Rosqvardiya-nn direktoru Viktor Zolotov və Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşüb.
Xatırladaq ki, Yevgeni Priqojin və "Vaqner” muzdlularının bir günlük uğursuz üsyanından sonra Kreml vaqnerçilərin liderinin Belarusa gedəcəyini elan edib. Rusiya prezidenti vaqnerçilərə üç variant təklif edib, onlardan biri qonşu ölkəyə sürgün olub.
İyunun 27-də Aleksandr Lukaşenko Priqojinin artıq Belarusda olduğunu bəyan edib. "Belaruska Qayun” monitorinq layihəsi iki dəfə Priqojinin təyyarəsinin Minsk yaxınlığında enişi barədə məlumat verib. Artıq iyulun 6-da Lukaşenko elan edib ki, Priqojin Sankt-Peterburqdadır və onun sözlərinə görə, Belarus ərazisində hələ vaqnerçilər yoxdur.
Nizami Bağırov