Yevgeni Priqojin üsyanının bitməsindən bir neçə saat sonra hüquq-mühafizə orqanları 13 yüksək rütbəli hərbçini saxlayıb, 15-i işdən çıxarılıb və ya xidmətdən kənarlaşdırılıb. Onların arasında Hava-Kosmik Qüvvələrin komandanı Sergey Surovikin, Andrey Yudin, Vladimir Alekseyev və Mixail Mizintsev var.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” mənbələrə istinadən
yazır
Qəzetin mənbələrindən biri bildirib ki, həbslər artıq etibar edilmədiyi güman edilənlərin "təmizlənməsi” ilə bağlıdır.
General Surovikin hələ də həbsdədir, o, Moskvada dindirilir, - WSJ-yə mənbələr bildiriblər. Lakin ona qarşı ittiham irəli sürülməyib. Qəzetin həmsöhbətlərindən birinin dediyinə görə, Surovikin yaxınlaşan üsyandan xəbəri olub, lakin orada iştirak etməyib. Mənbələr Surovikinin istintaq təcridxanasında saxlanmadığını, lakin o, üsyandakı rolu ilə bağlı dəfələrlə dindirildiyini bildirib. O, Vladimir Putin üsyanın nəticələri ilə necə mübarizə aparacağına qərar verdikdə azad oluna bilər.
Surovikinin həyat yoldaşının tanışı qəzetə bildirib ki, onun sözlərinə görə, general işdən qayıtmayıb.
Həmçinin, qiyamdan sonra Surovikinin müavini, general-polkovnik Andrey Yudin və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini Vladimir Alekseyev saxlanılıb, - WSJ yazır. Qəzetin mənbəsinin sözlərinə görə, onlar xidmətdən kənarlaşdırılıb, hərəkətləri məhdudlaşdırılıb və hazırda nəzarət altındadırlar.
Qiyamdan sonra saxlanılanlar arasında 2023-cü ilin aprelində müdafiə nazirinin müavini vəzifəsindən azad edilmiş, sonra "Vaqner”ə keçən general-polkovnik Mixail Mizintsev də var.
Nizami Bağırov