Xəbər lenti

Priqojini dəstəkləyən 14-ə yaxın Rusiya generalı var – Reuters
Dünya09:13 11.07.2023

Priqojini dəstəkləyən 14-ə yaxın Rusiya generalı var – Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, bir çox rusiyalı hərbçi "Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojini dəstəkləyir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Reuters agentliyinə deyib.
"Vaqner”ə rəğbət bəsləyən və Putinin arxasınca getmək istəməyən çox sayda komandirlər var”, - Danilov bildirib. 
Onun sözlərinə görə, o, Priqojini dəstəkləyən 14-ə yaxın Rusiya generalını tanıyır.
Reuters yazır ki, üsyan zamanı "Vaqner” dəstələrindən biri M-4 şossesi ilə şimala, Moskvaya doğru irəliləyib. Onların yolu Rusiya qarnizonunun yerləşdiyi Boquçar şəhərinin yanından keçirdi. Üç yerli sakin jurnalistlərə bildiriblər ki, rus hərbçiləri orada heç bir müqavimət göstərməyib və şəhər sakinlərinin əhəmiyyətli hissəsi, o cümlədən hərbi qulluqçular "vaqnerçilərə” "rəğbət bəsləyir”.
"Bəs başqa kimi dəstəkləmək lazımdır? Qorxmayan ən azı bir layiqli insan var”, - qadınlardan biri Priqojin haqqında deyib. 
Başqa bir sakin də "Vaqner”in şəhərdə geniş dəstəyə malik olduğunu və vaqnerçilərin çoxunun Boquçardan olduğunu söyləyib.
"Onların hamısı dostdur", - sakin bildirib. 
Nizami Bağırov