"Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin muzdlulara mərmi verilməsi xahişlərinə görə Rusiya hakimiyyət orqanları ilə xüsusi əlaqəsinin kəsilməsindən şikayətlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə Priqojinin "Telegram"dakı mətbuat xidməti məlumat
yayıb.
"Mən daha sursat istəyə bilməyim deyə bütün idarə və şöbələrdəki bütün xüsusi telefonları mənim üzümə bağlayıblar, həmçinin qərarların qəbuluna cavabdeh olan şöbələrə bütün əlaqələrimi kəsiblər", - Priqojin şikayətlənib.
Vaqnerin təsisçisi onu da bildirib ki, indi əlavə mərmi tədarükü üçün yalnız media vasitəsilə xahiş etmək imkanı var, indi o, məhz bunu etməyi planlaşdırır.
Xatırladaq ki, bundan bir qədər əvvəl Yevgeni Priqojin dəfələrlə Rusiya hərbi rəhbərliyini anbarlarda olan sursatı "Vaqnerçilər”ə verməməkdə ittiham edib.
Fevral ayında Priqojin 21 fevralda nizami qoşunların rəhbərliyi onlara mərmi vermədiyi üçün ölən rus muzdlularının şəkillərini nümayiş etdirib.
Vaqnerin yaradıcısının botları Vladimir Putinin Lujnikidəki konsertində çıxışına baxdıqdan sonra sosial şəbəkələri muzdlulara mərmi verilməsini tələb edən şərhlərlə doldurublar.
Alpər