Pasxa bayramı münasibətilə "Vaqner”in təsisçisi Yevgeni Priqojin böyük bir qrup hərbi əsirin Ukrayna tərəfinə təhvil verilməsi barədə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, müvafiq video bazar günü onun mətbuat xidmətinin "Telegram" kanalında yerləşdirilib.
"Hamını hazırlayın, yedizdirib-içizdirin, yaralıları həkimlərin müayinəsi üçün yoxlayın. Çalışmaq lazımdır ki, nahardan əvvəl o ərazidə olsunlar", deyə Priqojin bildirib.
Videoda "Vaqner PMC” döyüşçülərindən birinin Pasxa bayramından əvvəl hərbi əsirlərin Ukrayna tərəfinə təhvil verilməsi əmrini elan etməsi, bundan sonra Ukrayna Silahlı Qüvvələrinin onlarla hərbi əsirinin Ukrayna ərazisinə göndərilməsinin görüntüləri əks olunub.
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, Pasxa bayramı münasibəti ilə böyük əsir mübadiləsi həyata keçirilib, 130 ukraynalı əsiri azad edilib. Bir neçə gün davam edən əsir mübadiləsi zamanı Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşmüş ukraynalı hərbçilər azad olunub.
Pasxa əsas xristian bayramıdır, bu il aprelin 16-da qeyd olunur.
Alpər