Xəbər lenti

Prokuror: "İkinci pilot təyyarəni qəsdən məhv edib" - ŞOK
Dünya14:16 26.03.2015

Prokuror: "İkinci pilot təyyarəni qəsdən məhv edib" - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın cənubunda qəzaya uğramış Airbus A-320 təyyarəsinin ikinci pilot tərəfindən qəsdən məhv edildiyi açıqlanıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Marsel prokuroru Bris Roben keçirdiyi mətbuat konfransında elan edib.
Onun sözlərinə görə, təyyarənin ikinci pilotu Andreas Lyubits pilot kabinəsinin qapısını qəsdən təyyarənin komandirinə açmayıb və şüurlu şəkildə təyyarəni aşağı endirib.
“Bu versiya hazırda ən ağlabatandır, araşdırmanın bu mərhələsinə əsasən təyyarə qəsdən məhv edilib” - deyə prokuror bildirib.
B.Roben “qara qutu”dan deşifrə edilmiş məlumatlar əsasında bildirib ki, uçuşun ilk 20 dəqiqəsi ərzində pilotlar bir-birləri ilə normal ünsiyyətdə olublar. Təyyarə komandiri çox güman ki, tualetə getmək üçün pilot kabinəsini tərk edib. Bu zaman ikinci pilot qapını içəridən bağlayıb və layneri özbaşına aşağı endirib. Komandir kabinəyə qayıtmaq istəsə də buna nail olmayıb.
“Qapı yalnız qəsdən bağlana bilərdi” - deyə prokuror əlavə edib.
Təyyarənin pilotu
Prokuror bildirib ki, audioyazıda komandirin pilot kabinəsinin qapısını döyəclədiyi aydın eşidilir. Həmçinin dispetçerin çağırışları, təyyarənin toqquşma təhlükəsindən xəbərdarlıq edən sisteminin işə düşməsi lent yazısında var. İkinci pilot bütün bunlara heç bir reaksiya verməyib, hərçənd ki, fəlakət baş verənə qədər onun normal nəfəs aldığı aydın eşidilir.
B.Roben onu da deyib ki, təyyarənin sərnişinləri son ana qədər nə baş verdiyini dərk edə bilməyiblər: “Qışqırıqlar ən son anlarda, toqquşmadan bir neçə saniyə əvvəl başlayır”.
Qeyd edək ki, Almaniyanın “Germanwings” şirkətinə məxsus “Airbus A-320” təyyarəsi martın 24-də Fransanın cənubunda, Alp dağlarında qəzaya uğrayıb. Təyyarədəki 150 nəfərin hamısı həlak olub.
Qaynar.info