
ABŞ-ın Texas ştatının prokuroru və arvadı öldürülüb.
Qaynar.info-nun məlumatına görə, Kaufman şəhərinin polis rəsmisi Justin Luis Mike Mak Lelland və həyat yoldaşı Sintiyanın evlərində öldürüldüyünü bildirib.
Polis ər-arvadın odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü, məsələ ilə bağlı araşdırmaların aparıldığı söyləyib.
Qeyd edək ki, Kaufman şəhər prokurorluğunun müavini Mark Hasse də yanvarın 31-də öldürülmüşdü.
Qaynar.info