Xəbər lenti

Dünya 17:52 09.07.2023

PSJ dünya çempionunu 50 milyon avroya transfer etdi

Fransa millisinin müdafiəçisi Lukas Hernandes "Bavariya”dan PSJ-yə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu parislilərlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Hernandesin transferi üçün PSJ "Bavariya"ya 50 milyon avro ödəyib.

Fransız müdafiəçi 2019-cu ildən Münhen klubunda çıxış edir. O, "Bavariya"nın heyətində 107 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Fransalı futbolçu bu müddəydə 4 Bundesliqa və Çempionlar Liqası da daxil olmaqla 10 kubok qazanıb.

Hernandes Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionatının və 2020/21 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.

Qeyd edək ki, fransalı müdafiəçi yay transfer pəncərəsində Paris klubunun 5-ci transferidir. Parislilər daha əvvəl Marko Asensio, Manuel Uqarte, Milan Skrinyar və Li Kanq-İni transfer edib.

Bundan əlavə, PSJ baş məşqçisi Kristof Qaltyeni istefaya göndərib, yerinə ispaniyalı mütəxəssis Luis Enrikeni təyin edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->