Xəbər lenti

PSJ-nin baş məşqçisi bu sözlərinə görə qovula bilər
İdman07:04 13.04.2023

PSJ-nin baş məşqçisi bu sözlərinə görə qovula bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin baş məşqçisi Kristof Qaltyenin "Nitsa"nı çalışdırdığı zaman söylədiyi şok sözlər üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, fransalı məşqçinin "Nitsa"da çalışdığı zaman rəhbərliyə göndərdiyi məktubla bağlı araşdırmalara başlanılıb.
2021/22 mövsümündə Qaltye ilə birlikdə "Nitsa"da çalışmış futbol direktoru Jülyen Furne fransalı mütəxəssisin futbolçular haqqında irqçi ifadələr işlətdiyini bildirib. 
Furne Qaltyenin "Nitsa"nın baş meneceri Deyv Breylsforda göndərdiyi elektron məktubda bu sözləri yazıldığnı deyib: "Komandadakı bütün oyunçular qaradərili, yarısı müsəlmandır... Yalnız qaradərililərdən və müsəlmanlardan ibarət komanda cümə günləri məscidə gedir. Bu qədər qaradərili və müsəlman oyunçu eyni komandada ola bilməz. Bu komanda mənim üçün deyil". 
Klub rəsmisi daha sonra "RMC Sport"a açıqlamasında "Əgər mübarizə apardığımız məsələni izah etsəm, Qaltye artıq nə Fransada, nə də Avropanın heç bir ölkəsində komanda çalışdıra bilməz", deyib.
PSJ-nin "Ultras Paris" fan klubu isə Kristof Qaltye ilə bağlı araşdırmalara sərt reaksiya verib: 
"Əgər onun haqqındakı ittihamlar sübuta yetirilərsə, Qaltyenin klubda qalması heç vaxt qəbuledilməzdir. Biz həmişə özümüzə irqçilik və ayrı-seçkiliyin bütün formalarına qarşı mövqe tutduğumuzu, ayrı-seçkiliyə qarşı mübarizənin Parisin tarixi səbəbi olduğunu xatırladırıq"
Paris klubunun prezidenti Nasser Al-Xelaifi də Qaltye ilə bağlı araşdırmanın başladıldığını və ittihamların doğru olduğu təqdirdə 56 yaşlı məşqçinin qovulacağını açıqlayıb.
Səbuhi Həsənov