İdman 22:57 08.09.2023

PSJ-nin keçmiş direktoru Messi və Neymarın uğursuzluğunun səbəbini açıqladı

PSJ-nin keçmiş idman direktoru Leonardo Lionel Messi və Neymarın Paris klubunda uğur qazana bilməməsinin səbəbini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, 2019-2022-ci illərdə Leonardo Neymar və Messi ilə eyni klubda çalışıb. Braziliya mətbuatından "Globo Esporte"yə danışan Leonardo Messi və Neymarın PSJ-də dəstək görmədiyini bildirib: "İnsanlar özlərini rahat hiss etməlidirlər. Onlar da yaxşı əhval-ruhiyyədə olmalı, yaxşı görünməli, dəstək olunmalı idilər. Klub, biz və Məşqçilər bunu tməli idi. Bu səviyyədə istedadı olan oyunçular bir çox problemlərlə üzləşir və həll yollarını tapırlar. Uğur üçün onlara dəstək olmaq lazımdır".

PSJ "İnter Mayami"yə gedən Messi və "Al-Hilal"a transfer olunan Neymarın yerinə Randal Kolo Muani, Usman Dembele və Qonkalo Ramosu transfer edib.

Səbuhi Həsənov