Xəbər lenti

Puçdemon azadlıqda
Dünya12:33 06.04.2018

Puçdemon azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada həbs edilən sabiq Kataloniya lideri Karles Puçdemon azad edilib.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, Puçdemon 75 min avro zamin qarşılığında həbsdən çıxa bilib. İspaniya höküməti sabiq liderin ekstradisiyasını tələb edirdi. Lakin Almaniya Karles Puçdemonu dövlət əmlakından sui-istifadə ittihamı ilə təhvil verə biləcəyini deyirdi.
Qeyd edək ki, ötən ilin oktyabrında Kataloniyada müstəqillik referendumu keçirən və muxtar ərazinin İspaniyadan ayrıldığı elan edən Puçdemon üsyanda və insanları üsyana təşviq etməkdə günahlandırılır.
Gülşən