Xəbər lenti

Puçdemon geri çəkildi
Dünya08:04 02.03.2018

Puçdemon geri çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kataloniyanın sabiq prezidenti Karles Puçdemon prezidentliyə namizədliyini yekunlaşdırıb.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, açıqlama ilə çıxış edən Puçdemon namizədliyini müvəqqəti olaraq geri götürdüyünü, qərarın yeni hökümət qurmaq üçün vasitə ola biləcəyini deyib. 
Qeyd edək ki, Kataloniya Muxtar vilayəti ötən ilin oktyabrında İspaniyadan ayrılmaq üçün müstəqillik referendumu təşkil etdi və daha sonra bölgənin müstəqilliyini elan etdi. Bu qərarı tanımayan rəsmi Madrid Kataloniyadan muxtariyyət statusunu aldı və ərazinin idarəsi mərkəzi hökümətə keçdi.
Lakin separatçı katalon siyasətçilər əvvəlki statuslarını geri qazanmaq üçün mübarizəyə davam edirlər. Puçdemon hazırda Belçikadadır və İspaniyaya qayıdacağı təqdirdə həbs edilə bilər. 
Gülşən