Pulitzer mükafatının sahibi fotoqraf Yannis Behrakis 58 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin fotoqrafı kimi tanınan Behrakisin ölümünə xərçəng səbəb olub. Behrakis Əfqanıstan, Çeçenistan, Yuqoslaviya, Suriya, Kəşmir, Misir, Syerra-Leone və s. ölkələrdə baş verən faciələr, qarşıdurmalar zamanı çəkdiyi fotolarla məşhurlaşmışdı. O, 2016-cı ildə Syerra-Leonedə təşkil edilən hücumdan xilas ola bilmiş, Pulitzer mükafatına layiq görülmüşdü.