Xəbər lenti

“Pulkovo”nun saytında səfərbərliyə qarşı banner peyda oldu: “Orduya çağırılsanız...”
Dünya13:42 21.09.2022

“Pulkovo”nun saytında səfərbərliyə qarşı banner peyda oldu: “Orduya çağırılsanız...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sankt-Peterburqun "Pulkovo" hava limanının saytında "Başdan xarab baba "va-bank”a gedir, "stavka”sı bizim həyatımızdır!" başlığı ilə banner peyda olub.
Qaynarinfo xəbər verir ki, bannerə "Bumaqa” nəşri diqqət çəkib. Bannerdə deyilir:
"Ordu 70% ölü və ya yaralıdır. Digərləri də öləcək”.
"Əgər orduya çağırılsanız, texnika ilə təslim olun. Mükafat və Aİ vətəndaşlığı ala bilərsiniz ", deyə mətn müəllifləri əlavə ediblər.
Bundan əvvəl Sankt-Peterburq mətbuatı Pulkovo hava limanının saytının sındırıldığı barədə məlumat yayıb. Hava limanını idarə edən 
"Vozduşnıye vorota severnoy stolitsı” şirkətinin mətbuat xidmətindən "Fontanka”ya bildiriblər ki, hazırda saytda texniki işlər aparılır.
"Banner saytda 10 dəqiqədən də az müddətdə qalıb. Sərnişinlərdən çağrı mərkəzinə zəng etmələri xahiş olunur”, - deyə şirkətdən bildirilib.
Nizami Bağırov