Dünyaca məşhur rus şairi Aleksandr Puşkinin (1799-1837) ən çox sevilən, nadir tapılan ilk çap olunmuş əsərləri Moskvada hərraca çıxarılıb.
Anspress-in məlumatına görə, Moskovanın “Nikitskiy Antik kitap evində“ təşkil olunan hərracda Puşkinin 1828-ci ildə çap olunan “Ruslan və Lyudmila“ başda olmaqla bir çox əsərləri satışa çıxarılıb.
Antik kitap evindən verilən açıqlamaya görə, kitabların 2000 ilə 200 000 dollar arası alıcı tapdığı qeyd edilib.1818-1820 ci illərdə yazılan əsərində orta əsrlərdə rus qəhrəmanı Ruslanın döyüş mübarizəsindən danışan "Ruslan və Lyudmila" 160 min dollara alıcı tapıb.
Sovet tarixçi yazıçısı Nikolay Smirnov Sovolovski Puşkinin ölümünə yaxın saatlarda belə kitablarındn ayrılmadığını bildirib.
Yazıçı Corc Çarli Dante adlı fransız zabiti tərəfindən 27 yanvar 1837-ci ildə qısqanclıq səbəbilə çıxdığı dueldə öldürülüb.
Qaynar.info