Xəbər lenti

Puşkov: “ABŞ-ın “Şimal axını” sanksiyaları barışığın üstündən xətt çəkdi”
Dünya14:43 28.12.2019

Puşkov: “ABŞ-ın “Şimal axını” sanksiyaları barışığın üstündən xətt çəkdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın seçkiqabağı dövründə Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə müsbət dəyişikliklər mümkün deyil. 
Qaynarinfo xəbər verir ki, bu barədə o öz tvitində Rusiyalı senator Aleksey Puşkov yazıb.
O, ABŞ prezidenti Donald Trampın Moskva ilə münasibətləri yaxşılaşdıracaəyla bağlı vədini xatırladıb. Bildirib ki, ancaq indi, ABŞ-ın Şimal Axını-2 qaz boru kəmərinə qarşı sanksiyaları vəziyyətin dəyişməsinə heç bir ümid yeri qoymur.
Puşkov, eyni zamanda, qeyd edib ki, indi media onun 2019-a dair keçənilki proqnozlarını sitat gətirir. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə "ləng tənəzzül və mövcud sazişlərin məhv edilməsindən" başqa bir şey gözlənilmir. "Nəticədə hər şey elə dediyim kimi də oldu, ABŞ INF müqaviləsindən çıxdı, sonra isə Şimal Axını-2-yə qarşı sanksiyalar tətbiq etdi”, - senator qeyd edib.