Xəbər lenti

Putin 5 general və 2 prokuroru işdən qovdu
Dünya18:57 03.05.2018

Putin 5 general və 2 prokuroru işdən qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 5 rayon üzrə rəhbərini və iki prokuroru işdən azad edib.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Putin bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən Murmanskdan general-mayor İqor Batalov, Permdən polkovnik Yuri Kuznetsov, general-leytenant Olqa Zabbarova, Ryazandan Vladimir Mahleydt, Krasnodardan Yuri Kuznetsov, həmçinin, Udmurtiyanın prokuroru Sergey Panov və Tulanın prokuroru Aleksandr Kozlov işdən çıxarılıb.
Onlardan başqa, Daxili İşlər nazirinin baş müavini İvan Lukin də vəzifəsindən uzaqlaşdırılıb.